"Batabat"da mənimsəmə: İcraçı direktor restoranın pullarını Türkiyədə uduzdu

media-hightechnic-468x90

 

media-banner_tkm

Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən “Batabat” restoranının icraçı direktoru obyektin vəsaitini kazinoda uduzduğu üçün məsuliyyətə cəlb olunub.

Yenicag.az xəbər verir ki,Qaynarinfo-nun əldə etdiyi məlumata görə, restoranın sahibi baş vermiş mənimsəmə faktı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.

Aparılan araşdırmalar nəticəsində restoranın icraçı direktoru Aqil (ad şərtidir) saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 179.2.3 (Mənimsəmə və ya israf etmə – şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) və 179.2.4-cü (Mənimsəmə və ya israf etmə – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb. Cinayət işinə Şahbuz Rayon Məhkəməsində hakim Daşqın Səfərovun sədrliyi ilə baxılıb.

Məhkəmə prosesində müttəhim ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində bildirib ki, 2025-ci ilin may ayında Azərbaycan Həmkarlar İttifaqları Konfederesiyasının keçmiş sədri Səttar Möhbalıyev tərəfindən qeyri-rəsmi olaraq direktor vəzifəsinə təyin edilib. Təqsirləndirilən şəxs iyul ayında Türkiyəyə getdiyini və restoranın gəlirlərini “Pinco-Casino” adlı kazinoda uduzduğunu etiraf edib.

Məhkəmənin hökmü ilə Aqil 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.

Qeyd edək ki, “Batabat” restoranı “Batabat Restoranı” MMC-yə məxsusdur. Şirkətin qanuni təmsilçisi Səttar Möhbalıyevin qardaşı oğlu Ayxan Möhbalıyevdir.

Məlumata görə, sözügedən restoran əvvəllər “Nəqşicahan Holdinq”in tərkibində fəaliyyət göstərib. Naxçıvanda həyata keçirilən idarəetmə islahatlarından və mülkiyyət strukturundakı dəyişikliklərdən sonra obyekt Naxçıvan Həmkarlar İttifaqları Şurasının balansına, daha sonra isə özəl mülkiyyətə keçib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05