Batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olundu

Bu gün “Şüvəlan” və “Yevlax” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 2 nəfər xilas olunub.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Xilasetmə əməliyyatı FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən aparılıb.