Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Baydeni qoyub Ərdoğanı qınayanlar... - Aygün Muradxanlı yazır

Reklam: Sinerji Pro

Çənəsi yoluna çıxan bütün pilləkənlərə dəyən Baydenin erməniləri sevindirən açıqlamasına görə sayın Ərdoğanı məsul tutub, fındıq boyda ağlları ilə onu qınayanlara gülürəm bayaqdan.

Doğrudan da 40 ildən sonra (ilk dəfə prezident Reyqan demişdi bu ifadəni) ABŞ prezidentinin “soyqırım” sözünü işlətməsi prezident Ərdoğana görədir. Ancaq siz baxan tərəfdən yox) 180 dərəcə tərs tərəfdən.

Ərdoğan Orta Doğuda ABŞ-ın niyyətini, bütövlükdə Qərbin planlarını pozub, Türkiyəni Qərbdən asılı ölkə modundan çıxarıb regional deyil, dünya gücünə çevirib. Bilirsiz bu nə deməkdir?…

Qərbin bəslədiyi terror hörgütlərini ölkədən kənara atıb, ABŞ-ın bütün cəhdlərinə baxmayaraq savaşı sərhədlərindən uzaqlaşdırıb. ABŞ-ın bağrına basdığı FETÖ-nun kökünü qazıyıb. İndi regionda heç bir projeni Türkiyənin maraqlarını nəzərə almadan gerçəkləşdirmək mümkün deyil.

Özü də Prezident Ərdoğan bu sonucları birdən-birə əldə etməyib. Siyasət gərəyi Qərbin maraq və israrlarını, basqılarını nəzərə aldığı da olub, zaman olub geri də çəkilib. Bütün hallarda Türkiyə bir NATO ölkəsidir…

Savaşın iqtisadiyyatın ən paralı qolu olduğunu bilməyən yoxdur. ABŞ-ın türk lirəsindən yürüdə bilmədiyi savaşlarda itirdiyi silah milyardlarının acığını çıxdığını da anlamırsız?

Onun PKK-nın siyasi qanadını TBMM-ə qədər gətirməsi sizcə PKK-ya inamından, etibarından doğmuşdu, ya bu Ərdoğanın sadəlövh humanistliyi idi?) PKK parlamentə gələndən sonra da terror atəşinin sönmədiyini, əksinə gücləndiyini, Türkiyənin ərazisinin böyük bir hissəsinə nəzarət etməsinə məhz PKK-nı dəstəkləyən Qərbin imkan vermədiyini, artıq ölkənin ərazi büyövlüyünün təhdid altında düşdüyünü həm vətəndaşa göstərmək, həm də Qərbi fakt qarşısında qoymaq idi bu. Ölkədə güclü müxalifət varkən belə uzaq hədəfli siyasət yürütmək son dərəcə çətindir. Siyasi müstəvi 1 yox, 2 yox, 3 seçki sonra üçün cüzu səhv ehtimalı ilə düzənlənməlidir.

Ərdoğan tək ABŞ-ın niyyətlərini gözündə qoymayıb ki… Qarabağ cəbhəsində Azərbaycana güc verib Rusiyanın planlarını pozub. Türk Birliyi ideyası ilə Kremlin qapazaltıya çevirmək istədiyi digər türk cümhuriyyətlərinə sahib çıxıb, mövqelərini gücləndirib. Doğu ilə Batının qovşağının – dünya iqtisadiyyatının əsas damarının tamamilə türk coğrafiyası olduğunu bunu israrla unutdurmaq istəyən dünya güclərinin gündəminə gətirib.

Təbii, Ağ Ev prezident Ərdoğanı sevməz. Dünyada yeni bir gücün yaranmasını gələnəksəl gücün məmnuniyyətlə qəbullanması mümkün ola bilərmi?

Qoyun desin qoca Bayden “soyqırım”. Hinduları Yer üzündən silmələrini, Afrika xalqlarını qula çevirmələrini, Heroşima, Naqasakiyə atom bombası atmaqlarını yada salmaqdan başqa nəyə yarayır ki? Hə… Bir də prezident Ərdoğanın Türk Birliyini daha tez qurmaq, daha möhkəm bağlar yaratmaq həvəsini artırır. Nə əla!!!

P.S. Mən prezident Ərdoğana Qarabağ qələbəsinə görə minnətdaram. Nə zamansa bu minnətdarlığı özünə deməyi arzu edirəm. Biz Türkiyəsiz bacarmazdıq.

Loading...

www.yenicag.az

270
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100