“Bayer Leverkusen” Erik Ten Haqın təqdimat mərasimini KEÇİRDİ

media-hightechnic-468x90

Almaniyanın “Bayer Leverkusen” klubu hollandiyalı baş məşqçi Erik Ten Haqın təqdimat mərasimini keçirib.

Yenicag.az klubun rəsmi saytına istinadla xəbər verir ki, Ten Haq 1 iyul tarixindən etibarən 2025/26 mövsümünün hazırlıqlarına başlayacaq.

Klubun idman direktoru Simon Rolfes yeni baş məşqçiyə olan güvənini ifadə edərək bildirib ki, Erik Ten Haq kimi təcrübəli və meydanda böyük uğurlara imza atmış bir məşqçini komandaya gətirdikləri üçün çox məmnundurlar:

“Ajax”da qazandığı titullar onun məşqçilik keyfiyyətlərini sübut edir. Bizim futbol baxışlarımız üst-üstə düşür. Texniki cəhətdən yüksək səviyyəli və dominant futbol üslubunda oynamaq istəyirik. Bundesliqa, Almaniya Kuboku və Çempionlar Liqasında ən yüksək hədəflərə çatmağa çalışacağıq”.

Qeyd edək ki, Erik Ten Haq “Manchester United” klubunun baş məşqçisi olduğu dövrdə “Karabao” Kuboku və İngiltərə Federasiya Kubokunu qazanıb.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 29.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600