Bayhandan ürəkdağlayan ETİRAF: “Anam gözümün qabağında siçan zəhəri içdi”

media-hightechnic-468x90

Hazırda “Survivor” yarışmasında mübarizə aparan məşhur müğənni Bayhan Gürhanın uşaqlıq illəri ilə bağlı sarsıdıcı açıqlamaları yenidən gündəmə gəlib. Sənətçinin illər əvvəl verdiyi müsahibədə anasının intiharı ilə bağlı dediyi sözlər hər kəsi şoka salıb.

Yenicag.az xəbər verir ki, Bayhan anasının canına qəsd etdiyi anı belə təsvir edib:

“Anam gözlərimizin önündə siçan zəhəri içdi. Həmin zəhəri mənə də uzatdı mən götürsəm də, bacım buna imkan vermədi. Uşaq olduğum üçün nə baş verdiyini anlamırdım. Çox kəskin bir zəhər idi. Anam ağrılar içində evdən çıxdı və mən onu bir daha görmədim. Uzun müddət xəstəxanada həyat mübarizəsi aparsa da, onu xilas etmək mümkün olmayıb. Uşaqlığıma dair xatırladığım yeganə şey daim ac olmağımdır”.

Qeyd edək ki, “Survivor”da həm zarafatları, həm də səmimi rəftarı ilə seçilən Bayhanın ailəsindən danışarkən göz yaşlarını saxlaya bilməməsi izləyiciləri dərindən sarsıdıb. Sosial şəbəkə istifadəçiləri “Biz də dərdimiz var sanırdıq”, “Yazıq, gör nələr çəkib” kimi rəylərlə müğənniyə dəstək olublar.

Məsimə Məmmədova

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 09.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa