Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bayılın sürüşmə zonasında son vəziyyət

Bayıl yamacında ötən ilin fevral ayında baş vermiş sürüşmə hadisəsindən sonra dövlət qurumları tərəfindən burada müvafiq tədbirlər həyata keçirilib. İlk növbədə, yararsız hala düşmüş 6 evin sahiblərinə müvafiq kompensasiya, təhlükə zonasındakı 98 evin sahiblərinə 11 aylıq kirayə haqları ödənilib.

Yenicag.az-ın məlumatına görə, bunu Səbail rayon İcra Hakimiyyəti başçısınin 2 saylı Ərazi nümayəndəliyinin rəhbəri Mübariz Güləhmədov bildirib.

M.Güləhmədov qeyd edib ki, sürüşmə zonasında yerli və xarıcı mütəxəsislərin iştirakı ilə araşdırmalar aparılıb və hazırda bu işlər davam etdirilir:

“Bu ərazidə ötən əsrin 70-90-cı illərində tikilən fərdi yaşayış evlərinin demək olar ki, böyük əksəriyyəti sənədsiz, qeyri-qanuni tikililərdir. Sakinlərin tikililərə dair heç bir mülkiyyət sənədi və ünvana qeydiyyatları yoxdur. Sonradan 90-cı illərdə də isə burada 27 məcburi köçkün ailəsi məskunlaşıb”.

Onun sözlərinə görə, bu gün bu ərazidəki vəziyyət dövlət qurumlarının nəzarətindədir, məsələyə Nazirlər Kabinetində baxılır:

“Nazirlər Kabinetinin çıxaracağı qərara uyğun olaraq icra strukturları tərəfindən müvafiq tədbirlər həyata keçiriləcək. Sürüşmə zonasında yaşayanlar üçün kömpensasiyaların ödənilməsi və ya digər tədbirlərin görüləcəyi ilə bağlı məsələlər barədə mülahizə yürütmək düzgün deyil. Çox vaxt bəzi maraqlı tərəflər bilərəkdən burada narazılıq yaratmağa çalışır, öz problemlərini qabardır, kompensasiyaların məbləğinin daha da çox verilməsi və digər əlavə haqsız tələblər irəli sürürlər. Məsələnin hansı şəkildə həll olunacağı Nazirlər Kabinetinin qərarından sonra müəyyən ediləcək”./Trend/

www.yenicag.az

4620
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM