“Bazarlar nağd pul qıtlığını ən kəskin şəkildə hiss edəcək” – Azərbaycanda

media-hightechnic-468x90

yenicag_oilSon günlər neftin qiymətində kəskin dəyişmələr, neft ixrac edən ölkələrin ciddi narahatlığına səbəb olur.

Kredit-03-A750x500Yenicag.az-a məsələni şərh edən iqtisadçı ekspert Rəşad Həsənov hesab edir ki, 2015-ci ildə neftin qiyməti təxminən 35-60 dollar arasında olacaq ki, bu dövlət büdcəsində nəzərdə tutulduğundan(90 dollar) kifayət qədər az olacaq. “Qeyd edim ki, Neft Fondunun gəlirləri(5-6 milyard manat) xərclərindən( 11.6 milyard manat) 2 dəfə az olacaq. Belə olan halda, dövlət büdcəsinə transfert öhdəliyinin icrasında problemlər yaranacaq. Neft sektorundan vergilərin azalması fonunda Dövlət büdcəsinin gəlirləri azala bilər. Mümkün ki, qeyri-neft sektoruna-real sektora adminstrativ təzyiqlər( Vergilər Nazirliyi, DSMF, Məşğulluq və başqaları)artmış olsun. Avropa Yay Olimpiya oyunlarından sonra hökumət büdcəyə yenidən baxacaq və qorunmayan xərclər, xüsusi ilə də infrastruktur xərcləri qeyri-müəyyən müddətə azaldılacaq və ya təxirə salınacaq”.

Ekspert sözlərinə bunları da əlavə edib: “Digər tərəfdən bazarlar nağd pul qıtlığını ən kəskin şəkildə hiss edəcək. Nəticədə 90% yerli tələbata istiqamətlənən real sektor büdrəyəcək. Xüsusi ilə azalma qeyri-ərzaq məhsullarının istehsalı və satışında hiss ediləcək. Tikinti sektorunda “balonlar” partlayacaq . Turizm sektorunda daxili tələb azalacaq . Lakin, olimpiya oyunları bu azalmanı kompensasiya edəcək. Böyük ehtimalla real sektorda daralma olacaq, İxtisarlar və iflaslar işsizliyə rəvac verəcək. Banklar üçün cətin il kimi yadda qalacaq.

Qlobal səviyyədə baş verənlərin fonunda Azərbaycan üçün ciddi əhəmiyyət daşıyan bəzi sahələrdə optimist məqamlar da var.

Beləki, 2015-ci ildə Rusiyanın defoltla üzləşmə ehtimalı yüksəkdir ki, nəticədə bu ölkə aqressiv və məkrli siyasətini davam etdirmək gücünü itirəcək. MDB məkanında və Rusiyanın təsir dairəsində olan bir sıra ölkələrdə müasir idarəetmə və demokratik dəyərlərə söykənən hökumətlərin formalaşması üçün tarixi şans yaranacaq.Dağlıq Qarabağ o çümlədən, Rusiya fitnəsi sayılan bir sıra münaqişələrin həllinə şans yaranacaq.Azərbaycanda iqtisadi diversifikasiya, iqtisadi liberallaşma, ÜTT-yə üzvlük, korrupsiya ilə mübarizə kimi istiqamətlərdə ictimai zərurət formalaşacaq”.

Kamran/Yenicag.az

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600