BDU-da “Azərbaycan tarixinə yeni baxış və informasiya müharibəsi” seminarı keçirildi

media-hightechnic-468x90

unnamed (16)Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi (THİK) və “Gənc Reportyorlar” birliyinin təşkilatçılığı ilə “Azərbaycan tarixinə yeni baxış və informasiya müharibəsi” mövzusunda seminar keçirilib.

Tədbirdə BDU THİK sədri Daşqın Qənbərov və komitə əməkdaşları, “Gənc Reportyorlar” birliyinin BDU üzrə rəhbəri Rəşid Mustafazadə, AMEA-nın İnsan Hüquqları İnstitutunun elmi işçisi, “Qafqaz tarixi mərkəzi” İB-nin sədri Rizvan Hüseynov və digər əməkdaşlar, universitetin müxtəlif fakültə tələbələri iştirak ediblər.
Daşqın Qənbərov tələbələri və qonaqları salamlayaraq Azərbaycan tarixinin düzgün öyrənilməsi və dünya miqyasında həqiqətlərin çatdırılmasının vacibliyindən söz açıb.

Rizvan Hüseynov müasir dövrdə informasiya müharibəsi zamanı gənclərin diqqət yetirməli olduqları məqamları nəzərə çatdırıb. O, ermənilərin tarixən saxta xəritə, saxta materiallar əsasında dünyaya yalan yaydıqlarını bildirib.
Gənc alim prezentasiya vasitəsilə konkret nümunələr əsasında erməni yalanlarını ifşa edib.
Rəşid Mustafazadə çıxış edərək “Bakı Avropa Oyunları 2015” in gəlişi ilə ölkəyə çoxlu sayda turistlərin gələcəyi və bunun əslində gənclər tərəfindən Azərbaycan həqiqətlərini onlara da çatdırması üçün şans olduğunu qeyd edib.
Sonda tələbələrin sualları cavablandırılıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600