!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-da futbol çempionatına start verilib-Fotolar

!Reklam – Yazi

unnamedBakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) ənənəvi olaraq həyata keçirdiyi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş fakültələrarası futbol çempionatının püşkatma mərasimi keçirilib.

Püşkatma mərasimində BDU THİK-nin sədr müavini Şahin Şərifov, İdman klubunun rəhbəri Akif Atakişiyev, Fakültə Tələbə Həmkarlar Təşkilatlarının sədrləri və fakültələr üzrə komanda kapitanları iştirak edib.

Şahin Şərifov hər kəsi salamlayaraq tədbiri açıq elan edib və idmanın əhəmiyyətindən, Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışaraq, gənclərin sağlam yaşaması üçün universitetdə mütəmadi həyata keçirilən idman yarışlarından (futbol, həndbol, basketbol, şahmat və s.) söz açıb.

Daha sonra çıxış edən Akif Atakişiyev iştirakçılara çempionatın qaydaları, hakimlər briqadası haqqında geniş məlumat verib.

Sonda püşkatma keçirilib və komandalar qruplara bölünüb. Beləliklə, çempionat gedişatında ilk oyunun tarixi müəyyən olunub.

1.jpg görüntüleniyor

2.jpg görüntüleniyor

4.jpg görüntüleniyor

5.jpg görüntüleniyor

6.jpg görüntüleniyor

 

 

BDU THİK İctimaiyyəltə əlaqələr departamenti

www.yenicag.az

610
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv