Bəhruz Məhərrəmov: “Zelenskinin vasitəçilik təklifi ölkəmizin kənar təsirlərdən uzaq siyasətinin nəticəsidir”

media-hightechnic-468x90

“Ukrayna Prezidentinin Azərbaycanın vasitəçi qismində çıxış etməsi barədə təklifi, məhz ölkəmizin hər hansı kənar təsiri istisna edən qətiyyətinə və müstəqil mövqeyinə olan etimadın nəticəsi kimi qiymətləndirilməlidir.”

media-banner_tuq

Bu sözləri Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Bəhruz Məhərrəmov bildirib.

media-16490630096132730336_1200x630

Deputat, Ukrayna Prezidenti Volodimir Zelenskinin Bakıya rəsmi səfəri zamanı Prezident İlham Əliyevə Rusiya-Ukrayna danışıqlarının Bakıda keçirilməsi ilə bağlı təklifini yüksək qiymətləndirib:

“Ukrayna Prezidenti Volodimir Zelenskinin Azərbaycana işgüzar səfəri və Prezident İlham Əliyevin istər rəsmi görüşlər, istərsə də mətbuata birgə bəyanatlar zamanı nümayiş etdirdiyi ritorika bir daha təsdiqlədi ki, Azərbaycan tam müstəqil xarici siyasət yürüdən azsaylı dövlətlərdən biridir. Eyni zamanda, bu səfər ölkəmizin beynəlxalq hüququn aliliyinin təmin olunmasında qlobal miqyasda təsir gücünə malik nüfuzlu subyekt olduğunu növbəti dəfə nümayiş etdirdi.

Məlumdur ki, Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda Ukrayna ilə münasibətlər xüsusi yer tutur. Ötən dövr ərzində Azərbaycan beynəlxalq hüquq normalarını rəhbər tutaraq, strateji səviyyəyə yüksəltdiyi bu əlaqələrin daha da inkişafı istiqamətində real qətiyyət ortaya qoyub. Siyasi səviyyədə möhkəmlənən tərəfdaşlıqla yanaşı, ölkəmiz Ukraynanın iqtisadi sistemində də mühüm mövqeyə malikdir. Xüsusilə SOCAR-ın bu ölkəyə qoyduğu ciddi investisiyalar Ukrayna iqtisadiyyatının hərəkətverici qüvvələrindən birinə çevrilib.

Eyni zamanda, kifayət qədər mürəkkəb geosiyasi şəraitə baxmayaraq, Azərbaycan Respublikası Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini açıq şəkildə bəyan edir. Rusiya-Ukrayna münaqişəsi fonunda bəşəri dəyərlərin qorunmasını prioritet hesab edən dövlətimiz, bu ölkəyə mütəmadi olaraq genişmiqyaslı humanitar yardımlar göstərir. Bu baxımdan, qütblərarası ziddiyyətlərin dərinləşdiyi və dünyada yeni ayırıcı xətlərin yarandığı bir vaxtda Ukrayna Prezidentinin Azərbaycanı vasitəçi kimi görmək istəyi, məhz ölkəmizin müstəqil mövqeyinə və kənar təsirlərdən uzaq, qətiyyətli xəttinə olan beynəlxalq etimadın bariz nümunəsidir.”

Nurlan Cəfəri

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05