!Reklam
!Reklam – Sol
!Reklam – Sag
!Reklam – Arxiv

Belarus analarından SAVAŞ ETİRAZI: “Qoy “Luka”nın oğulları bomba altına getsinlər” – AKSİYA

!Reklam – Yazi

Belarusun Ukraynaya hərbi təcavüz edən Rusiyanın yanında olmasına qarşı özünəməxsus aksiya keçirilir.

Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, Belarus Analar İttifaqı müharibə əleyhinə xüsusi fləşmob təşkil edib.

Belarus anaları övladlarının ölümə göndərilməsinə etirazlarını bildirərək, ölkə Prezidenti Aleksandr Lukaşenkonu hədəfə alıblar.

Məlumata görə, Belarusda hər hansı etiraz aksiyasına imkan verilmədiyi üçün analar orijinal üsul seçiblər. Onlar müxtəlif ərazilərdə üzərində müharibə əleyhinə şüarlar yazılan uşaq oyuncaqları yerləşdiriblər:

“Biz müharibənin əleyhinəyik. Anan sənin həyatdan məhrum edilmənə imkan verməz. Qoy “Luka”nın (Lukaşenko nəzərdə tutulur – red.) oğulları bomba altına getsinlər”.

www.yenicag.az

194
Ads
www.veteninfo.com
!Reklam – Arxiv