“Belarus və Qazaxıstan dövlətini ermənilər qurub” – Erməni politoloqun sayıqlaması

“Hazırda Nursultan Nazarbayevin oturduğu “taxt” Levon Mirzəyana məxsusdur.”.

Yenicag.ru xəbər verir ki, bu fikirləri Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) sədrliyin Ermənistandan başqa ölkəyə keçməsi variantı haqda danışan erməni politoloq Levon Şirinyan deyib.

Şirinyan KTMT-də keçici sədrliyin Ermənistandan alınmasına tərəfdar olan Belarus və Qazaıxstan haqqında sərsəm fikirlər səsləndirib:

“Belarusların yadına salım ki, Belarus dövlətini onlar yox, Aleksandr Fyodoroviç Myasnikyan qurub. Eynilə də Qazaxıstanda…

Hazırda Nursultan Nazarbayevin oturduğu “taxt” Levon Mirzəyana məxsusdur. Ya onların mənnətdarlıq hissi yoxdur, ya da tarixdən xəbərsizdirlər.

Ermənistan parlamentinin deputatı Edmon Marukyan da öz sayıqlamaları ilə Şirinyandan geri qalmayıb:

“Bizim KTMT-dəki əsas müttəfiqimiz Rusiyadır. KTMT-nin digər üzvləri Azərbaycan və Türkiyə yönümlüdürlər. Bu, Avrasiya İttifaqında da belədir”.