Belçika məhkəməsi İsrailə silah ixracını dayandırmağı ƏMR ETDİ

media-hightechnic-468x90

Belçikanın Brüssel şəhər məhkəməsi Flandriya bölgəsinin rəhbərliyinə İsrailə hərbi məhsulların ixracını dərhal dayandırmaq barədə qərar çıxarıb.

Yenicag.az xəbər verir ki, bu barədə “Belga” informasiya agentliyi məlumat yayıb.

Qeyd olunur ki, Flandriya ərazisində yerləşən Antverpen-Brügge limanı Avropanın ən böyük limanlarından biri hesab olunur və hərbi yüklərin ixracında mühüm rol oynayır.

Məhkəmənin qərarı İsrailin 16 iyulda Suriyanın paytaxtı Dəməşqə endirdiyi hücumdan sonra açıqlanıb. İsrail Müdafiə Qüvvələri Suriyanın Baş Qərargah kompleksini və Dəməşqdəki Prezident Sarayını hava zərbələri ilə hədəf alıb. Hücumlar, İsrailin dəstəklədiyi druz icmasının da iştirak etdiyi Suriya cənubundakı qarşıdurmalar fonunda baş verib.

ABŞ dövlət katibi Marko Rubio isə daha sonra İsrail və Suriya arasında gərginliyin azaldığını və Vaşinqtonun vəziyyətin stabilləşdirilməsi üçün diplomatik səylərə başladığını bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600