Belçikalı ulduzun yeni komandası BƏLLİ OLDU

media-hightechnic-468x90

“Manchester City”nin simvoluna çevrilmiş belçikalı yarımmüdafiəçi Kevin De Bruynenin karyerasını “Napoli”də davam etdirəcəyi gözlənilir.

Yenicag.az “La Gazzetta dello Sport” nəşrinə istinadən xəbər verir ki, De Bruynenin agentləri çərşənbə günü Neapol klubunun rəsmiləri ilə olan ikiillik müqavilə və 10 milyon avro məbləğində imza bonusu ətrafında danışıqlara başlayacaqlar. 33 yaşlı futbolçunun azad agent statusunda “Napoli”yə keçidi reallaşa bilər.

“Napoli”nin prezidenti Aurelio De Laurentis İtaliyanın “RAI” telekanalına açıqlamasında bildirib ki, Kevin De Bruyne artıq Neapolda ev alıb və transferin rəsmiləşdirilməsi sadəcə zaman məsələsidir.

Qeyd edək ki, De Bruyne son 10 ildə “Manchester City”nin heyətində 421 oyuna çıxıb, 108 qol və 177 məhsuldar ötürmə ilə yadda qalıb. O, İngiltərə Premyer Liqasının ən uğurlu və yaradıcı yarımmüdafiəçilərindən biri hesab olunur.

Göycə Göycəyev

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600