Benzema ilə bağlı şok iddia: Terrorçularla əlaqədə ittiham edilir

media-hightechnic-468x90

Fransanın daxili işlər naziri Jerald Darmanin hazırda Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunda çıxış edən Kərim Benzema barədə şok iddia irəli sürüb.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, o, Fransa millisinin keçmiş üzvünün terrorçularla əlaqələrinin olduğunu deyib.

“Cənab Kərim Benzema, hamımızın bildiyi kimi, “Müsəlman Qardaşlar” ilə bədnam əlaqələrə malikdir”, – deyə J.Darmanin söyləyib.

Xatırladaq ki, Benzemanın İsraillə Fələstinin qarşıdurması ilə bağlı paylaşımları birmənalı qarşılanmayıb. O, İsraili ittiham edən fikirlər səsləndirib.
Qeyd edək ki, “Müsəlman Qardaşlar” Misir mərkəzli dini-siyasi təşkilatdır. Rəsmən terror təşkilatı kimi tanınmasa da, bəzi ölkələrdə fəaliyyəti qadağandır.

Mənbə: marca.com

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05