Bərdədə QƏTL - Əri qadını boğub öldürdü

media-hightechnic-468x90

İyulun 25-i saat 05 radələrində Bərdə rayon sakini Nərgiz Mustafayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

media-banner_tuq

Bərdə rayon prokurorluğundan Yenicag.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri 1983-cü il təvəllüdlü Aqil Mustafayevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Bərdə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Aqil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05