Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutuldu

media-hightechnic-468x90

Beynəlxalq axtarışda olan şəxs Azərbaycanda tutulub.

Bu barədə Yenicag.az-a Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanları tərəfindən adam oğurluğu, qanunsuz azadlıqdan məhrumetmə, öldürməklə hədələmə, qəsdən sağlamlığa ağır zərər vurma və seksual xarakterli zorakılıq hərəkətləri törətməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş 1985-ci il təvəllüdlü Qazaxıstan Respublikasının vətəndaşı Zhanbolat Serikov cari ilin yanvar ayında ölkəmizdə müəyyən edilərək, Baş Prokurorluğun vəsatətinə əsasən barəsində həbs qətimkan tədbiri seçilib

Baş Prokurorluq tərəfindən Birləşmiş Ərəb Əmirliklərinin səlahiyyətli orqanlarının ekstradisiyaya dair vəsatəti həm birinci, həm apellyasiya, həm də kassasiya instansiyalarında müdafiə edilibr.

Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında qüvvədə olan ekstradisiya haqqında müqaviləyə əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsininin qərarına uyğun olaraq Zhanbolat Serikov Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə adıçəkilən ölkənin hüquq-mühafizə orqanlarına təhvil verilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 23.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600