!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu: "Qazaxıstanın yanındayıq"

!Reklam – Yazi

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövləti Qazaxıstan Respublikasında baş verən hadisələrlə bağlı bəyanat yayıb.

Fonddan Yenicag.az-a daxil olan bəyanatda deyilir:

“Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu təşkilatın qurucu üzv dövləti Qazaxıstan Respublikasında baş verən hadisələri ciddi narahatlıqla izləməkdədir. Biz əminik ki, çoxəsrlik qədim ənənələrə malik qardaş qazax xalqı ona xas olan müdriklik ilə bu çətinlikləri geridə qoyacaq və Türk Dünyasının, Türk Birlyinin sütunlarından biri olan Qazaxıstan hər zaman olduğu kimi mənəvi, mədəni zənginliyi ilə sülh və əminamanlıq şəraitində inkişaf edərək, daha böyük uğurlar qazanacaqdır. Daima Qazaxıstanın yanında olduğumuzu ifadə edərək, tezliklə sabitliyin bərpasına dərindən inanır, qardaş qazax xalqına xoşbəxtlik və firavanlıq arzu edirik. Hadisələr nəticəsində həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara şəfa diləyirik”.

www.yenicag.az

587
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv