!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Beynəlxalq X “The First”in TƏQDİMATI - “Yeni Çağ”a mükafat verildi - VİDEO

!Reklam – Yazi

Oktyabrın 18-də Bakıda “Xəyal production”ın təşkilatçılığı ilə beynəlxalq X “The First 2019” mükafatının təqdimatı keçirilib.

Yenicag.az xəbər verir ki, Dövlət Müstəqilliyi Günündə təşkil olunan gecədə Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin tanınmış elm və mədəniyyət xadimləri, media nümayəndələri iştirak ediblər. Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə X “The First 2019” mükafatının təsisçisi, “Xəyal Production”ın rəhbəri Xəyal Rza mükafat barədə məlumat verib.

ABŞ, Rusiya, Gürcüstan, İsveç, Finlandiya, İran, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Kıbrıs və başqa ölkələrdən olan tanınmış simaların da mükafatlandırıldığı “The First” Mükafatları bu il 10-cu dəfə təqdim edilib.

Yubiley tədbirinə Türkiyənin Azərbaycanda da məşhur olan “Diriliş Ərtuğrul” serialında Ərtuğrulun qardaşı Sunqurtəkin obrazını canlandıran Sezgin Erdemir, internetdə izlənmə rekordları qıran Mərt və İpək, səfirlər, millət vəkilləri, iş adamları, media kapitanları qatılıb.

Gecədə həmçinin, beş məşhur simaya Türk Dünyası Onur Medalları təqdim edilib.

Yenicag.az Media Qrupu da Beynəlxalq “The First” mükafatına layiq görülüb. Mükafat Media Qrupunun rəhbəri Aqil Ələsgərə təqdim olunub.

“The First” mükafatına layiq görülənlər çıxış edərək fikirlərini bölüşüb, minnətdarlıqlarını ifadə ediblər.

Tədbir konsert proqramı ilə davam edib.

www.yenicag.az

1794
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv