Biləsuvarda məcburi köçkün evləri təmir OLUNACAQ – Yarım milyon AYRILDI

media-hightechnic-468x90

Biləsuvar rayonunda salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin təmiri üzrə yeni tender elan edilib.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, tenderi həyata keçirən təşkilat Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti olaraq göstərilib.

Müsabiqənin kodu 2026/AT/00577/V1, təsnifat kodu isə 72101500 – binalara cari və əsaslı təmir işləri kimi müəyyən edilib. Tenderin ehtimal olunan qiyməti 457.999,82 AZN təşkil edib.

Tender çərçivəsində dam örtüklərinin, su ötürücü novalçaların, divarların və daxili tavanların yararsız hissələrinin sökülməsi və yenilənməsi işləri görüləcək. Həmçinin elektrik sisteminin tam yenilənməsi, döşəmələrin və eyvan örtüklərinin dəyişdirilməsi, xarici divarların mata və suya davamlı boya ilə üzlənməsi də planlaşdırılır. Layihə sayəsində məcburi köçkünlərin yaşayış şəraiti daha təhlükəsiz və komfortlu olacaq.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05