"Bilet var, yer yoxdur" – AZAL-ın Türkiyə reysində sərnişin hüquqları necə ayaqlar altına atılır?

media-hightechnic-468x90

Türkiyədən Azərbaycana uçuşla bağlı sərnişin hüquqlarının pozulması iddiası gündəmə gəlib.

Yenicag.az xəbər verir ki, əvvəlcədən alınmış aviabiletə baxmayaraq, uçuşa cəmi bir neçə saat qalmış sərnişinə reysin dəyişdirildiyi bildirilib. Şikayətçi qeyd edir ki, alternativ olaraq təklif olunan vaxt onların planlarına uyğun olmayıb. Bu məqam isə ailəni ciddi stress və çıxılmaz vəziyyətdə qoyub.

Sosial şəbəkədə dərc olunan həmin şikayəti olduğu kimi oxuculara təqdim edirik:

“AZAL-dan tələbə övladım üçün Türkiyədən gəlməsi məqsədilə yanvarın 10-na, saat 14:00-a bilet almışdıq. Yanvarın 9-u axşam saat 18:30-da zəng edib bildirdilər ki, sabahkı uçuşu təmin edə bilmirlər, yalnız gecə saat 23:00-da uçuş mümkündür.

Halbuki, həmin gün saat 14:00-dakı uçuşda heç bir problem yoxdur və birlikdə bilet aldığımız digər sərnişinlər həmin reyslə gəliblər. Etiraz etsək də, ‘istəmirsinizsə 11-nə dəyişək’ deyə israr etdilər. Övladımın 10-da mütləq ölkədə olmasının vacibliyini bildirsək də, bunu nəzərə almadılar.

Şikayət edəcəyimizi dedikdə isə yalnız biletin pulunun qaytarılacağını söylədilər. Bu isə absurddur, çünki əvvəlcədən alınmış biletin qiymət fərqi böyükdür. Hazırda çox əsəbi və çıxılmaz vəziyyətdəyik.”

Yenicag.az olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 19.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa