Bill Qeytsi üstələdi - Milyarderlər siyahısında ikinciliyə yüksəldi - VİDEO

media-hightechnic-468x90

Tanınmış amerikalı iş adamı, ixtiraçı mühəndis İlon Mask dünyanın ən zəngin 2-ci adamına çevrilib.

Yenicag.az Qərb mediasına istinadən xəbər verir ki, “SpaceX” şirkətinin təsisçisi və əsas payçılarından biri, həmçinin “Tesla” şirkətinin “ideya maşını” İlon Mask sərvətini 127,9 milyard dollara çatdırıb.

Bu göstərici Maskı dünyanın ən zəngin adamları siyahısında 2-ci pilləyə qaldırıb.

Hazırda Mask 127,7 milyardlıq sərvətə malik Bill Qeytsi geridə qoysa da, zənginliyi 182 milyard dollarla ifadə olunan “Amazon” şəbəkəsinin sahibi Ceff Bezosdan xeyli geri qalır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600