!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bin Ladenin oğlundan ABŞ-a təhdid: “Vurmağa davam edəcəyik”

!Reklam – Yazi

bin-ladin-in-oglundan-abd-ye-tehdit-8599406_x_4579_300Yenicag.az xəbər verir ki, terror təşkilatı “Əl Qaidə”nin öldürülən lideri Usamə Bin Ladenin oğlu Həmzə Bin Laden, 21 dəqiqəlik səs yazısı ilə ABŞ-ı təhdid edib.

O, “Hamımız Usameyik” başlıqlı 21 dəqiqəlik səs yazısında, “Əl Qaidə”nin ABŞ və müttəfiqlərinə hücuma davam edəcəyini söyləyib.

Həmzə Bin Laden, “Abbottabad işlədiyiniz cinayətin cəzasız qalacağını düşünürsünüzsə, yanılırsınız.. Sizi həm öz torpaqlarınızda, həm də ölkə xaricində vurmağa davam edəcəyik” deyə,bildirib.

Məlumata görə, hazırda 20 yaşında olan Həmzə, 11 sentyabr 2001 terrorundan əvvəl Əfqanıstanda atasının yanında olub. Daha sonra isə atasıyla birlikdə Pakistanda yaşayıb.

Yayılan bəzi məlumatlarda, harada olduğu bilinməyən Həmzənin, təşkilatın başına keçməyə hazırlaşdığı deyilir.

www.yenicag.az

681
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv