Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Binəqədidə oğurluq etmək istəyən şəxsi iş başında yaxalayıblar - VİDEO

Binəqədi Mühafizə İdarəsinin əməkdaşları marketdən oğurluq etmək istəyən şəxsi iş başında yaxalayıblar.

Yeniçağ.Az xəbər verir ki, Binəqədi rayonu ərazisində baş verən hadisənin görüntülərində qapısı bağlı olan mağazaya iki nəfər yaxınlaşır. Daha sonra onlardan biri qapını açmağa cəhd edir, digəri isə buna mane olmaq istəyəndə aralarında dava düşür.

Çox keçmir ki, iki şəxsdən biri ərazidən uzaqlaşır. Əli ilə zorla qapını açan digər gənc isə içəri gdaxil olur.

Kassaya yaxınlaşanda isə dükanda işçilərdən olduğunu görür. Dərhal əlini cibinə salaraq siqaret almaq üçün pul çıxardır.

Digər yandan mağaza xüsusi qorunduğu üçün Binəqədi rayon mühafizə idarəsinə siqnalzasiya daxil olur.

Bu zaman isə artıq hadisə yerinə gələn mühafizə polisinin əməkdaşları oğlanların qaçdığını görərək onları təqib etməyə başlayırlar. Lakin polis əməkdaşları oğrunu həbs edirlər.

Saxlanılan Ucar rayon sakini 24 yaşlı Ürfət Abdullayev barəsində başlanan araşdırmalar aparılır.

Binəqədi Mühafizə İdarəsinin əməkdaşları marketdən oğurluq etmək istəyən şəxsi iş başında yaxalayıblar

Gepostet von Yeniçağ.Az TV am Mittwoch, 26. April 2017

Yeniçağ.Az

 

www.yenicag.az

345