!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Binəqədidəki yanğında zəhərlənən 2 azyaşlıdan xəbər var

!Reklam – Yazi

Binəqədidə baş verən yanğında tüstüdən zəhərlənən iki azyaşlı evə buraxılıb.

Toksikologiya Mərkəzində azyaşlılara ilkin tibbi yardım göstərilib və vəziyyətləri qənaətbəxş hesab edilib.

***

11:30

Səhər saatlarında Bakının Binəqədi rayonunda, Koroğlu 74 ünvanında yaşayış binasında baş vermiş yanğın nəticəsində 2 azyaşlı xəsarət alıb.

Yenicag.az-ın məlumatına görə, 2011-ci il təvəllüdlü Mehdiyev Emil və 2016-cı il təvəllüdlü Mehdiyeva Dəniz tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə yerləşdiriliblər.

Hazırda həkimlərin müdaxiləsindən sonra azyaşlıların vəziyyəti qənaətbəxş hesab olunur.

Qeyd edək ki, Binəqədidə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində ümumi sahəsi 28 m² olan bir otaqlı mənzilin mətbəxində mətbəx əşyaları 6 m² sahədə yanıb. Yüksək temperaturdan hamam otağının lambirindən ibarət tavanı 2 m² sahədə qarsalanıb. Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub./Trend/

www.yenicag.az

8515
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv