!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bir aylıq körpənin həyatda qalması üçün yardım kampaniyası başladıldı - FOTOLAR

!Reklam – Yazi

Aşağıda fotolarını təqdim etdiyimiz körpə 1 aylıqdır. Anadangəlmə kəskin ürək qüsuru diaqnozu qoyulub.

Tovuz rayonu Vahidli kəndindəndir. 10 günlüyündən xəstəxanalardadır, bu səbəbdən hələ rəsmi adı qoyulmayan körpəyə valideynləri İgid deyirlər. İgidin ürəyində bir neçə dəfə cərrahi əməliyyat aparılmalıdır. Hazırda körpənin ürəyində olan qüsur səbəbindən bədəni 52 faiz oksigenlə təmin olunur, 2-3 ayından sonra oksigen azalmağa başlayacaq və həkimlərin rəyinə görə, bundan sonra körpə maksimum 6 ay yaşaya bilər. Olduqca ağır və riskli olan əməliyyatı Hərbi Hospitalın həkimləri üzərinə götürüb. Lakin əməliyyat üçün lazım olan 7800 manatı verməyə valideynlərin imkanı çatmır. Sosial şəbəkə və media vasitəsilə yardım kampaniyası başladılıb, təqdim ediləcək hesaba e-manat və milliön ödəmə mərkəzlərindən də ödəniş etmək mümkündür.

Əziz oxucular! Hər birinizdən bu yardım kampaniyasına qoşulmağı, körpə İgidə dəstək olmağı xahiş edirik. İgidin həyatının xilas olması sizlərin əlindədir.

 

www.yenicag.az

1689
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv