!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bir çox rusiyalılar üçün Putin çar və Tanrıdır”

!Reklam – Yazi

17345“Rusiya Prezidenti Vladimir Putinin siyasətini dəstəkləyənlərlə dialoq aparmaq mənasızdır, çünki bir çox rusiyalılar üçün Putin çar və Tanrıdır”.

Bu sözləri jurnalist Vitali Portnikov bildirib.

“Rusiya İstintaq komitəsinin mətbuat katibi Vladimir Markin kimi, Kremlin təbliğatını aparanlar fırıldaqçıları görmür, ya görmək istəmir. Putinin “samoq” fəaliyyətini araşdırmaq lazımdır. Rusiyanın Ukraynaya hərbi müdaxilə etmədiyi barədə Kremlin təmsillərinə heç kim inanmaq istəmir. Markin öz şəxsi reallığında yaşayır. Əgər biz desək ki, Rusiyaya Krımın birləşməsi beynəlxalq hüquqa və Rusiyanın özünün götürdüyü öhdəliklərə ziddir, dərhal bizi dəli adlandıracaqlar. Əgər biz rusiyalılara desək ki, Savçenko oğurlanmışdı, sərhədi keçmədi, dərhal bizi dəli adlandıracaqlar”, – Portnikov vurğulayıb.

Portnikov sonda qeyd edib ki, faktları qəbul etməmək Rusiya rejiminin problemidir.

www.yenicag.az

604
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv