Təhsil sistemində ilkə imza atıldı

media-hightechnic-468x90

45887Bu gün Azərbaycan təhsil sistemində bir ilkə imza atılıb. Belə ki, elektron resursların təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən təhsil naziri Mikayıl Cabbarov deyib ki, təhsilin informasiyalaşdırılması elektron dərsliklərin istifadəsi üçün geniş yol açır. Əgər elektron dərsliklərin pilot versiyası uğurlu alınsa, bu sistem növbəti illərdə bütün orta məktəblərə tətbiq ediləcək.

Təhsil Nazirliyinin hazırladığı bu elektron dərsliklərin yaradılması hələ Təhsil Strategiyasının qəbulu zamanı nəzərdə tutulmuşdu. Təhsilin informasiyalaşdırılması zərurətindən yaradılan elektron dərsliklər öyrətmə prosesinin fərdiləşdirilməsinə hesablanıb. Bununla yanaşı böyük həcmdə təlim materiallarını əhatə edən elektron dərsliklər ənənəvi öyrənmə formalarını zənginləşdirir.

Təhsilin inkişafı proqramları şöbəsinin müdir müavini Emin Əmrullayev həm paytaxt, həm də rayon məktəblərinə dərsliklərlə bağlı artıq məlumat kitabçalarının göndərildiyini deyir. O bununla bağlı artıq monitorinqlərin keçirildiyini də deyir.

Hazırda II, III, VI və VII siniflər üzrə 30 dərslik elektron formatda e-resurs.edu.az elektron dərslik portalında yerləşdirilib. Azərbaycan dili, Azərbaycan tarixi, Tarix, Biologiya, Fizika, Kimya, Həyat bilgisi, Coğrafiya, İngilis dili, Riyaziyyat, İnformatika fənlərini internetə çıxışı olan istənilən şəxs onlayn və oflayn formatda istifadə edə bilər.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600