!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

"Bir neçə cahil mollanın ortaya düşərək..." - Hərbi ekspert İranın İsrail iddialarını DƏYƏRLƏNDİRDİ

!Reklam – Yazi

“İranın hazırda yeritdiyi diplomatik xətt gələcəkdə o ölkənin dalana dirənməsi üçün əsas faktorlardan biri olaraq qalacaq”.

Bu fikirləri rəsmi Tehranın İran-Azərbaycan sərhəddində İsrail hərbçilərinin olması iddiası və Azərbaycan Dövlət Sərhəd Xidmətinin bu iddiaya sərt cavab verməsini dəyərlənirən hərbi ekspert Ədalət Verdiyev Yenicag.az-a açıqlamasında səsləndirib.

Ədalət Verdiyev bildirib ki, heç bir fakt İranın bəyanatlarını təsdiq edə bilmir:

“İranın Qarabağın dağlıq hissəsinə, Xankəndiyə, Ermənistana yardım etməsini vizual olaraq görüntülərlə təstiqləyirik. 1992-ci ildə Laçın-Kəlbəcər istiqamətində döyüşlərdə şəxsən iştirak etmişəm. Orada ermənilərin qoyub-geri çəkildiyi mövqelərdə çox sayda İrana aid dərman perapatları, ərzaq məhsulları aşkarlayırdıq. Ümumilikdə götürdükdə İranın Azərbaycan ərazilərinin darmadağın edilməsində rolunu faktiki olaraq hamımız bilirik. Evlərindən qaçqın-köçkün düşən vətəndaşlarımızın evlərini İran vətəndaşları tərəfindən talanmasının şahidiyik. Bunu özləri də bilirlər. Maraqlıdır ki, İran İsraillə münasibətlərə görə Azərbaycanı qınadığı halda, özünün işğalçı dövlət, separatçı rejimlə əməkdaşlığını görməzdən gəlir. Bir neçə cahil mollanın ortaya düşərək əsassız bəyanatını diplomatik kanallar vasitəsi ilə də İran tərəfindən səsləndirilməsi tamamilə beynəlxalq hüquqa zidd olan hərəkətlərdir.

İran İsrail əsgərini Azərbaycanda axtarmamalıdır. İran qeyri-qanuni daxil olduğu Suriya ərazisinə diqqət etməlidir. Məhz İran orada İsrail sərhədlərinə yaxınlaşmaq cəhdləri edir. Bu, vizual olaraq təsdiqlənib”.

İranın Azərbaycan sərhədi yaxınlığında keçirdiyi hərbi təlimlərə gəldikdə isə hərbi ekspert bunları deyib:

“Bu təlimlərin Azərbaycana siyasi-hərbi təzyiq vasitəsi kimi heç bir effekti yoxdur. Ermənistan kimi fərari, Suriya kimi bərbad orduları ilə müttəfiq olan İran bu əməllərindən əl çəkməlidir. İran keçirdiyi bu təlimlərlə yaxın qonşusunu itirmək üzrədir. Dünyada bu molla rejimi üçün nə yaxşı ölkə qalıb, nə də yaxşı millət. Demək olar ki, bütün dünya ölkələri İranın gözündə şeytandır, yalnız Ermənistan və separatçı rejim yaxşıdır”.

Səxavət Məmməd

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv