Birlik sədri Yenicag.az kollektivini təbrik etdi - FOTO

media-hightechnic-468x90

“Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin sədri Emin Tarverdiyev Yenicag.az saytının 18 illiyi münasibətilə baş redaktor Aqil Ələsgərə və kollektivə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

Hörmətli Aqil Ələsgər,
Hörmətli Yenicag.az kollektivi,

Sizin fəaliyyətinizdə əlamətdar bir gün – Yenicag.az saytının 18 illiyi münasibətilə ürəkdən təbrik edirik.

media-img_9400

Son illər ərzində Yenicag.az ölkənin aparıcı media resurslarından birinə çevrilərək, oxuculara operativ, obyektiv və peşəkar xəbərlər təqdim etmişdir. Sizin fəaliyyətiniz ictimai rəyin formalaşmasına, milli dəyərlərimizin və dövlətçilik prinsiplərinin təbliğinə mühüm töhfə verir.

Qürurverici haldır ki, sayt həm də “Vətən Bağı” Sosial Təşəbbüslər ictimai birliyinin gördüyü işləri mütəmadi olaraq işıqlandırır və bu sahədəki təşəbbüslərə dəstək göstərir. Bu əməkdaşlıq həm media, həm də vətəndaş cəmiyyəti üçün nümunəvi addımdır.

Əminik ki, Yenicag.az bundan sonra da informasiya məkanında öz mövqeyini daha da möhkəmləndirəcək, cəmiyyətə faydalı layihələri ilə seçiləcəkdir.

Sizə və bütün kollektivə yeni uğurlar, yaradıcılıq enerjisi və bol oxucu sevgisi arzulayırıq!

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa