Bazar ertəsi, dekabrın 11-də bitkoin 7,5% kəskin ucuzlaşaraq 40 521 dollara düşüb.
Yenicag.az xəbər verir ki, bu barədə Bloomberg yazır.
“Bitcoin kriptovalyutaların daha geniş satışı fonunda qısa, lakin kəskin enişlə 40.000 dollara qədər volatilliyində daha bir sıçrayış göstərdi”, – materialda deyilir.
Bitkoin 7,5% ucuzlaşaraq 40 521 dollara qədər bəzi itkiləri bərpa etməzdən əvvəl 11 dekabr bazar ertəsi səhəri 3,6% ucuzlaşaraq 42 245 dollara satılıb.
Dekabrın 5-də Bitcoin-in dəyərinin 2022-ci il aprelin 7-dən bəri ilk dəfə olaraq 43 min dolları ötdüyü bildirilmişdi. Oktyabrın ortalarından bəri sürətlə yüksələn Bitcoin ABŞ Qiymətli Kağızlar və Birja Komissiyası (SEC) tərəfindən ilk spot kriptovalyuta birja fondunun (ETF) təsdiqlənməsi perspektivi ilə bağlı təsirli yüksəlişi davam etdirir.
www.yenicag.az