“Biz Allahın əmri ilə ya güllələyirik, ya da başını kəsib atırıq”

media-hightechnic-468x90

ankarali-isid-li-irak-ta-nasil-kafa-kestigini-7492006_x_6815_oTürk əsilli  İŞİD-çi C.A. (ad və soyad şərtidir) öz doğma şəhərinə  Ankaraya qayıdıb. O, əsir aldığı Peşmərgə üzvünün başını necə kəsdiyini  belə təsvir edir:

“Əmr gəldi ki, bunun başını sən kəsəcəksən. Əvvəlcə razılaşmadım. Daha sonra yoldaşlarımın bunu etdiyini görüb, razılaşdım.  İnsanların gözü qarşısında onun başını kəsdim”

Daha sonra keçmiş İŞİD döyüşçüsü bunları əlavə edib: Biz işgəncə vermirik. Biz Allahın əmri ilə ya güllələyirik, ya da başını kəsirik”.

Yenicag.az xəbər verir ki, sözügedən “qəhrəman” İraq və Suriyadakı döyüşlərini olduğu kimi nəql edib.

O, bildirir ki, gecə əsir aldığı Peşmərgə döyüşçüsünün başını kəsərək “başkəsən” ləqəbini qazanıb.

Sonda sözlərinə bunları əlavə edib : “Doğulduğum Türkiyə həmişə mənə qəribə təsir bağışlayıb. Sanki mən Suriya yaxud İraqda doğulmuşam”.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600