Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

“Biz Cümhuriyyət dövründəki parlament deputatlarının davamçılarıyıq” - Araz Əlizadə

Reklam: High Technic

“Bəyəm, yaxasını cıraraq, “Rəsulzadə” qışqırmaqla, daha demokrat və cümhuriyyətçi olurlar?”

Bunu Yenicag.az-a açıqlamasında Milli Məclis deputatlarının “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) yubiley medalı” ilə təltif olunmalarına, sosial şəbəkələrdə verilən sərt reaksiyalara münasibət bildirən parlamentin üzvü Araz Əlizadə deyib.

Qeyd edək ki, sosial şəbəkələrdə bu məsələyə dair kəskin mövqe bildirən istifadəçilər deputatların bir çoxunun Cümhuriyyət dəyərlərini nəinki təbliğ etmədiklərini, hətta AXC-nin tarixindən xəbərsiz olduqlarını önə çəkiblər. Deputat Araz Əlizadə isə sosial şəbəkələrdə millət vəkillərinə yönəlmiş bu ittihamların haqsız olduğunu bildirib:

“Onlar bu məsələdə haqlı deyillər. Məhz mövcud Milli Məclisin deputatları cümhuriyyət dövründəki parlament deputatlarının davamçılarıdır. Əgər həmin bayraq, gerb və himn indi də varsa, necə olur ki, indiki deputatlar o vaxtkı deputatların varisi sayılmır? Bəyəm yaxasını cıraraq, “Rəsulzadə” qışqırmaqla, daha demokrat və cümhuriyyətçi olurlar? Cənab prezidentin millət vəkillərini bu medalla təltif etməsi tamamilə doğru qərardır. Bizə qarşı olan bu aqressiya isə, paxıllıqdan irəli gəlir. Çünki onlar yox, bizlər bu medalla təltif olunmuşuq”.

Firuz Asanov

www.yenicag.az

2113