”Biz orda olsaydıq onlar qaçardılar”
Çeçenistan rəhbəri Ramzan Kadırov çeçen döyüşçülərinin Ukraynada vuruşması xəbərini təkzib edib.
Bu barədə Kadırov özünün İnstaqram səhifəsində yazıb.
“Bizim Ukraynada döyüşmək kimi istəyimiz yoxdu. Amma biz orada baş verənlərə biganə qala bilmərik. Biz Ukrayna xalqına yardım etmək və dostluq əlaqələrini möhkəmləndirmək istəyirik. Əsas odur ki, Ukrayna hakimiyyəti ölkənin cənub-şərqində yerli əhaliyə qarşı güc tətbiqinə son qoysun. Cəza əməliyyatları ilə onlar heç nəyə nail olmayacaqlar”, – deyə Kadırov yazıb.
Kadırov çeçen döyüşçülərinin Ukraynada döyüşmələri ilə bağlı yayılan xəbərlərə də münasibət bildirib: “Ukraynada heç bir çeçen batalyonu yoxdur. Özünün Slavyanskda keçirdiyi cəza əməliyyatlarını hakim xunta çeçenlərin üstünə yıxmaq istəyir. Bu, absurddur. Əgər biz orda olsaydıq, sizi əmin edirəm ki, onlar nəinki Slavyanskdan, hətta Kiyevdən qaçardılar”.
Qeyd edək ki, çeçen xüsusi təyinatlılarının Donbas vilayətində, xüsusilə Slavyanskda separatçılarla birgə vuruşduqları ilə bağlı videolar yayılıb(axar.az).