“Bizim prezidentliyə namizədimiz Ərdoğandır”
“Baş nazir Ərdoğan ilə prezident Abdullah Gülün yenidən yer dəyişdirməsi lazımdır”.
Bunu Türkiyə Baş nazir müavini Bəşir Atalay televiziyada bir proqramda prezident seçkisi ilə bağlı açıqlamasında deyib.
Baş nazir müavini Ərdoğanın prezidentliyə namizəd olacağı ilə bağlı suala “Belə bir məlumat çıxıb. Amma biz bunu rəsmi olaraq açıqlamamışıq. Belə bir qərar da yoxdur”, – deyə cavab verib. Daha sonra o, bütün işlərin AKP-nin yoluna davam etməsi üçün getdiyini bildirib:
“2015-ci il prezidentlik seçkisində çətinlik çəkməyəcəyimiz üçün bir ideya lazımdır. Prezidentimizlə Baş nazirimizin yenə yerdəyişmə etməsi, yəni bu dəfə Baş nazirin prezident, Abdullah bəyin də partiyanın başına keçməsi bu seçkidə də, seçkidən sonra da bizim üçün daha rahat olacaq. Buna görə də Abdullah Gülü razı salmaq lazımdır. Bizim prezidentliyə namizədimiz Baş nazir Ərdoğandır”.