Makron: "Fransa və Oman Hörmüzün minalardan təmizlənməsində birgə iştirak etmək niyyətindədir"

media-hightechnic-468x90

Fransa və Oman Hörmüz boğazının minalardan təmizlənməsi və dəniz yollarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində birgə fəaliyyət göstərmək barədə razılığa gəlib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Oman sultanı Heysəm bin Tariq əl-Səid ilə keçirdiyi görüşdən sonra “X” sosial şəbəkəsində paylaşım edib.

Makron bildirib ki, tərəfdaş ölkələrlə birlikdə həyata keçiriləcək fəaliyyətin məqsədi Hörmüz boğazından sərbəst və şərtsiz keçidi təmin etmək, həmçinin beynəlxalq dəniz nəqliyyatının təhlükəsizliyini gücləndirməkdir.

Fransa prezidenti əlavə edib ki, görüş zamanı tərəflər Yaxın Şərqdə gərginliyin azaldılması və regional sabitliyin qorunması istiqamətində əməkdaşlığın davam etdirilməsi barədə də razılığa gəliblər.

 

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05