!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Bizim yarışın startı əvvələ çəkilə bilər

!Reklam – Yazi

f-1.az_2016-02-15_07-35-12Nazirlər Kabinetnin yay vaxtına keçidin ləğv olunması ilə bağlı qəbul etdiyi qərardan sonra 3 aydan sonra ölkəmizdə debüt edəcək Avropa Qran Prisinin start vaxtı dəyişdirilə bilər…

F-1.az xatırladır ki, iki ay əvvəl bizim yarışın vaxtı açıqlanmışdı – Fransada həmin gün baş tutacaq Le Man marafonunun finişi ilə üst-üstə düşməsin deyə, bizim yarışın startı axşama doğru sürüşdürülmüşdü və 18:00-a təyin olunmuşdu.

İki gün əvvəl Nazirlər Kabinetinin məlum qərarından sonra məlum olub ki, əgər Formula1 yarışı yerli vaxtla saat 18:00-da başlayarsa, onda günəşin batmasına qədər qalan müddət 1 saat azalacaq – bu isə trasın təbii işıqlandırılması üçün problemlərə səbəb ola bilər. Xüsusən də, havanın yağışlı və ya buludlu olması görməni xeyli çətinləşdirə bilər.

Yerli vaxtla günəşin batması həmin gün 20:14-ə proqnozlaşdırılıb, ona görə də ən optimal variant yarışın start vaxtını irəli çəkməkdir – Fransada saatlar çəkildiyi üçün Le Man yarışının finişi ilə problem də olmayacaq.

Reqlamentə əsasən, bu cür dəyişikliklər FOM-la razılaşdırılmalı və FİA tərəfindən təsdiq olunmalıdır…

www.yenicag.az

661
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv