“Siyasətdə qarşılıqlı hörmətə əsaslanan möhkəm dostluq hər şeydən öndə gəlir”.
Yenicag.az pravda.com.ua-ya istinadən xəbər verir ki, bu fikirləri Polşa Prezidenti Ancey Duda ukraynalı həmkarı Vladimir Zelenski haqqında danışarkən deyib.
Polşa lideri Ukrayna Prezidenti ilə münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib:
“Deyə bilərəm ki, Zelenski siyasi planda mənim dostumdur. Ümumiyyətlə, siyasətdə qarşılıqlı hörmətə əsaslanan möhkəm dostluq hər şeydən öndə gəlir. O mənim gözləntilərimin fövqündədir.
Həqiqətən, bizim Zelenski ilə həm insani, həm də siyasi dostluğumuz var. Mən Zelenskini dəstəkləmək üçün əlimdən gələn hər şeyi edirəm”.
www.yenicag.az