“Bu, vaxt və zəhmət tələb edən prosesdir” – Rəşad Eyyubov

media-hightechnic-468x90

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rəşad Eyyubov Türkiyənin İsparta şəhərində Bəhreyn yığmasına qarşı keçirilən yoxlama oyunundan (3:0) sonra fikirlərini bildirib.

Yenicag.az xəbər verir ki, AFFA-nın mətbuat xidmətinə danışan mütəxəssis oyunçuların performansından razı qaldığını qeyd edib:

“Hazırlıq baxımından yaxşı oyun keçirdik. Heyətdə çoxlu yeni futbolçular var. Həmçinin bəzi taktiki gedişləri də sınamaq istədim. Bu gün komandada çox şey yaxşı alındı. Amma yenə də üzərində işləməli olduğumuz məqamlar kifayət qədərdir. Bu, vaxt və zəhmət tələb edən prosesdir. Lorenzo Mezzotero və Qurban Səfərovun ilk qollarını vurmalarına çox sevindim. Hər bir qələbə bizim üçün önəmlidir. Çünki bu, komandada qalibiyyət ruhunun formalaşmasına kömək edir”.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05