Starmer mümkün liderlik yarışında mübarizə aparacağını bəyan etdi

media-hightechnic-468x90

Böyük Britaniyanın Baş naziri və Leyboristlər Partiyasının lideri Kir Starmer partiya daxilində mümkün liderlik yarışının keçirilməsi halında mübarizə aparacağını açıqlayıb.

Yenicag.az BBC-yə istinadla xəbər verir ki, Baş nazir bu barədə həftəsonu tərəfdarları ilə görüşündə bildirib.

İndiyədək Starmer və yaxın çevrəsi liderlik yarışı baş tutacağı təqdirdə onun istefa verməyəcəyini desələr də, yarışda iştirak edib-etməyəcəyi ilə bağlı mövqeyi tam aydın deyildi. Lakin Mançester şəhərinin meri Endi Börnhemin mümkün liderlik yarışına qatılmaq niyyətini açıqlamasından sonra Baş nazirin mövqeyinin sərtləşdiyi bildirilir.

Kir Starmer tərəfdarlarına bildirib ki, iki il əvvəl keçirilən ümumi seçkilərdə böyük üstünlüklə qələbə qazanıb və seçicilərdən aldığı mandatı həyata keçirməkdə qərarlıdır. O, həmçinin liderlik yarışının ölkədə siyasi qeyri-sabitliyə səbəb ola biləcəyini düşünür. Keçmiş səhiyyə naziri Ues Stritinq və Endi Börnhemin adlarının mümkün namizədlər kimi hallanması, eləcə də Leyboristlər Partiyasından olan bir sıra deputatların Baş naziri istefaya çağırması son həftələrdə partiya daxilində liderlik dəyişikliyi ilə bağlı müzakirələri gücləndirib.

Müşahidəçilərin fikrincə, hadisələrin sonrakı inkişafı iyunun 18-də keçiriləcək Meykerfild əlavə seçkisinin nəticələrindən də asılı olacaq. Endi Börnhemin liderlik yarışına qatılması üçün həmin seçkidə qalib gəlməsi vacib hesab olunur./Azərtac/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05