!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Biznes krediti faizinin 1 rəqəmli həddə endirilməsi…

!Reklam – Yazi

Lock-Your-RateƏli Məsimov: “Bunun üşün islahat xarakterli kompleks tədbirlər həyata keçirilməlidir”

 Rəşad Həsənov: “Mümkünsüzdür…”

Biznes kreditləri üzrə faizlərin 10,8-10,9% arasında olduğunu əsas gətirməklə Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov bu qənaətə gəlib ki, yaxın gələcəkdə biznes kreditləri üzrə faiz dərəcələri bir rəqəmli olacaq. Görəsən, bu istəyin baş tutması nə dərəcədə realdır?

Ali_Masimov_091210Yenicag.az-a açıqlamasında millət vəkili Əli Məsimov müəyyən tədbirlərə əl atmaqla biznes kreditinin faiz dərəcəsinin 1 rəqəmli həddə endirilməsinin mümkün olduğunu dedi: “İqtisadiyyatda istehsal sahələrinin inkişaf etdirilməsi kimi aktual məsələnin həllini sürətləndürməkdən ötrü, əlçatan biznes kreditləri olmalıdır.  Bu nöqteyi-nəzərdən Elman Rüstəmovun qaldırdığı məsələni vacib hesab edirəm. Amma o problemi həll etmək üçün sistemli şəkildə islahatlar aparılmalıdır. O islahatlar 2015-ci ilin yanvarın 1-dən bankların kapitalının artırılması istiqamətində atılacaq addımla başlamalıdır. Digər tərəfdən, rəqabət mühitinin yaradılması,  bu sistemdə hamıya məlum çatışmamazlıqların aradan qaldırılması istiqamətində islahat xarakterli kompleks tədbirlər həyata keçirilməlidir. Yəni nizamnamə kapitalının artırılması istiqamətində atılan addımlar faiz dərəcəsinin aşağı salınmasına yönəlik tədbirlərlə tamamlanmalıdır”.

hasnovEkspert Rəşad Həsənov isə saytımıza bildirdi ki,  indiki halda bu addımın atılmasını mümkünsüz sayır: “Hesab etmirəm ki, hazırki vəziyyətdə biznes kreditlərinin faiz dərəcəsini bir rəqəmli həddə endirmək mümkün olsun. Bunun üçün bankların kredit portfelinin formalaşmasını göz önünə gətirmək lazımdır. Azərbaycanda bankların kredit portfelinin təxminən 55-60 faizi əhalidən alınan əmanətlərdən formalaşır. Əmanətlər isə hazırda banklar tərəfindən 9 faiz qorunan, 11-12 faiz isə sığortalanmayan şərtlərlə cəlb olunur. Belədə, həmin vəsaitlərin bir rəqəmli faiz dərəcəsinlə real sektora təklif edilməsi hələlik mümkün deyil. Lakin bununla belə həmin istiqamətdə müəyyən işlər görülməli, addımlar atılmalıdır ki, həqiqətən də, biznes krediti onu almaq istəyənə bir rəqəmli faizlə verilsin. Müxtəlif maliyyə mənbələrindən istifadə etməklə, həmçinin, Mərkəzi Bankın öz valyuta ehtiyatlarını bank sektorunun maliyyələşməsi prosesində daha aktiv şəkildə cəlb edilməsi, uçot dərəcəsinin azaldılması nəticəsində bu istiqamətdə hər hansı bir irəliləyiş əldə etmək olar.  Amma hazırki şərtlər daxilində biznes kreditinin faiz dərəcəsinin bir rəqəmli həddə endirilməsi mümkün deyil.  Bundan başqa, ölkənin valyuta ehtiyatları, xüsusilə Neft Fondunun vəsaitlərinin müəyyən bir qisminin ölkəyə gətirilməsi, onların daxili maliyyə institutlarında yerləşdirilərək, Azərbaycanın real sektorunu dəstəkləmək məqsədilə aşağı faizlərlə təklif edilməsi məqsədəuyğundur. Bu mənada qanunvericiliyə müəyyən düşəlişlər etməklə Neft Fondu vəsaitlərinin bir hissəsini ölkəyə gətirmək məqbuldur. Belə olduğu təqdirdə, biznes kreditinin faiz dərəcəsinin bir rəqəmli həddə endirilməsi istiqamətində nəticələrə nail olmaq olar. Hazırki yüksək şərtlər daxilində isə bu mümkünsüzdür”.

Rüfət/Yenicag.az

 

 

www.yenicag.az

690
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv