Təxminən yarım əsr əvvəl itkin düşmüş “Blythe Star” xəyal gəmisi Avstraliya Dövlət Elmi və Tətbiqi Tədqiqatlar Assosiasiyası və Tasmaniya Universitetinin alimlərindən ibarət qrup tərəfindən aşkar edilib və araşdırılıb.
Gəminin uzun illər axtarışı nəticə verməyib. Ancaq 2023-cü ilin aprelində sualtı sürüşmələri araşdıran bir qrup tədqiqatçı Tasmaniyadakı Cənubi-Qərbi Keyp yarımadasından təxminən 10,5 kilometr aralıda “Blythe Star” gəmisinin qalıqları tüöılıb. Alimlər daha sonra kartoqrafik məlumatların və video yazıların köməyi ilə gəminin özünü müəyyən edə biliblər. “Blythe Star” tapılan zaman dəniz yosunu ilə örtülmüş, gəminin arxa hissəsi isə zədələnmiş və təkər yuvası itmiş formada olub.
Qeyd edilib ki, “Blythe Star”ın sirli qəzası Avstraliyada naviqasiya təhlükəsizliyinin yaxşılaşdırılmasına yönəlmiş qanunların tətbiqinə təkan olub. Bu faciə nəticəsində gəmilərin mövqeyinin bildirilməsi sistemi işə salınıb ki, bu da fövqəladə hallara daha tez reaksiya verməyə və dənizdə insanların həyatını xilas etməyə imkan verib.
www.yenicag.az