BMT iclasında İran və İsrail nümayəndələri arasında dava düşdü

media-hightechnic-468x90

Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) İranın obyektlərinə hücum edilərkən səssiz qalmamalıdır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu İranın təşkilatdakı daimi nümayəndəsi Əmir Səid İrəvani BMT Təhlükəsizlik Şurasının iclası zamanı deyib.

“İran İsrailin təcavüzü dayanana qədər özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək”, – o, bildirib.

Onun sözlərinə görə, İran ABŞ-nin münaqişəyə girə biləcəyi ilə bağlı xəbərlərdən narahatdır.

“Aydın deyək: İranın nüvə proqramı dinc xarakter daşıyır və dünyanın ən geniş yoxlamalarına məruz qalır”, – İrəvani vurğulayıb.

Bu bəyanatlardan sonra İsrailin BMT-dəki nümayəndəsi Denni Danon İrəvaniyə müraciət edərək qeyd edib ki, İran beynəlxalq ictimaiyyətdən onu müdafiə etməyi tələb edə bilməz: “İranın nüvə təhlükəsi aradan qalxana qədər dayanmayacağıq”, – Danon deyib./Report/

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05