BMT nümayəndəsi Bakıya görüşə gəlir

media-hightechnic-468x90

48313Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova BMT-nin İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin (SPT) nümayəndə heyətinin rəhbəri Aişə Şujun Muhammədi və onu müşayiət edən həmin qurumun üzvlərini qəbul edib.

Yenicag.az xəbər verir ki, səfər çərçivəsində Ombudsman təsisatında keçirilmiş ilk görüşdə, qonaqlara ölkəmizdə işgəncələrin qarşısının alınması üzrə milli preventiv mexanizm (MPM) funksiyalarını həyata keçirən Ombudsman MPM qismində fəaliyyəti, görülmüş işlər, Milli Preventiv Qrupun (MPQ) saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə, o cümlədən cəzaçəkmə müəssisələrinə, müvəqqəti saxlama yerlərinə, təhsil, səhiyyə və sosial obyektlərə həyata keçirdiyi başçəkmələr, bu sahədə qanunvericiliyə və müvafiq dövlət qurumlarına verilmiş təklif və tövsiyələr, hüquqi maarifləndirmə tədbirləri ilə bağlı geniş məlumat verilib.

Yekun görüşdə isə SPT nümayəndə heyətinin saxlanılan şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə həyata keçirdikləri başçəkmələr üzrə müşahidələri, habelə müvafiq tövsiyələri ilə bağlı yekun müzakirələr aparılıb.

Fikir mübadiləsi şəklində davam edən görüşdə Ombudsman MPM qismində fəaliyyətinin inkişaf etdiyi vurğulanıb, gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub, ölkə səfərinin yekununa dair təklif və tövsiyələrin veriləcəyi bildirilib.

Ombudsman E.Süleymanova İşgəncələrin qarşısının alınması üzrə Alt Komitəsinin nümayəndə heyətini maraqlandıran sualları cavablandırıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600