BMT Təhlükəsizlik Şurasına sədrlik Rusiyadan İsveçrəyə keçdi

media-hightechnic-468x90

BMT Təhlükəsizlik Şurasına (TŞ) sədrlik Rusiyadan İsveçrəyə keçib.

Yenicag.az xəbər verir ki, İsveçrənin BMT-dəki daimi nümayəndəsi Paskal Berisvil təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırıb və may ayı ərzində gündəmdə olacaq əsas müzakirə mövzularını açıqlayıb.

Səfir qeyd edib ki, may ayı ərzində TŞ-də Suriya ilə bağlı müntəzəm görüşlər keçirəcək, Sudan böhranı, Əfqanıstanda cərayan edən hadisələrin müzakirəsi prioritet olacaq.

O, Ukraynadakı vəziyyətlə bağlı xüsusi müzakirələrin gözlənilmədiyini bildirib.

Diplomat ay ərzində TŞ-yə üzv ölkələrin müraciətləri ilə münaqişəli bölgələrlə bağlı fövqəladə iclasların da keçirilə biləcəyini vurğulayıb./Report/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600