!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Boko Haram”-a qarşı 87 milyon dollar ayrıldı

!Reklam – Yazi

_78679058_bokoKamerunda Mərkəzi Afrika İqtisadi İttifaqına (ECCAS) üzv olan ölkələrin fövqəladə sammiti baş tutub.

Yenicag.az apa-ya istinadən bildirir ki, görüşdə “Boko Haram” terror qruplaşması ilə birgə mübarizə aparılması barədə razılaşma əldə edilib.

Qabon prezidenti Əli Bonqo bəyan edib ki, “Boko Haram”la mübarizəyə 87 milyon ABŞ dolları ayrılacaq. Mərkəzi Afrika İqtisadi İttifaqına Anqola, Burundi, Qabon, Kamerun, Konqo Respublikası, San-Tome və Prinsipi, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Çad və Ekvatorial Qvineya daxildir.

Qeyd edək ki, hazırda “Boko Haram” terror qruplaşması ilə mübarizəni əsasən ECCAS-a üzv olmayan Nigeriya və Niger aparır.

www.yenicag.az

579
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv