Borclu şəxslərlə bağlı qanunda dəyişiklik edildi

Prezident İlham Əliyev “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

Yenicag.az xəbər verir ki, dəyişikliyə əsasən, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 32-ci maddəsinin on ikinci-on dördüncü hissələri müvafiq olaraq on üçüncü-on beşinci hissələr hesab edilir və aşağıdakı məzmunda on ikinci hissə əlavə olunur:

“İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar borclu şəxslərlə bağlı notariat hərəkətləri (vərəsəlik, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamələr, müqavilələr və etibarnamələr) və vərəsəlik işlərinin açılıb-açılmaması barədə məlumatlar icra məmurlarına elektron sorğular əsasında real vaxt rejimində verilir.”.