Boris Nemtsov hədələnirdi

media-hightechnic-468x90

10430428_676243399111930_6846067816797893092_nFevralın 27-də Moskvanın mərkəzində naməlum şəxslər tərəfindən odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilən tanınmış müxalif siyasətçi Boris Nemtsovun sosial şəbəkələrdən ünvanına hədələr aldığı məlum olub.

Yenicag.az apa-ya istinadən bildirir ki, bu barədə Boris Nemtsovun ailəsinin vəkili Vadim Proxorov bildirib. Vəkil bildirib ki, mərhum B.Nemtsovun ünvanına sosial şəbəkələrdə bir neçə ay bundan əvvəl hədələr gəlib: “Biz hətta bu barədə müraciət də etdik, lakin heç bir reaksiya olmadı”. Vadim Proxorov Nemtsovun bir neçə ay bundan qabaq ölümlə hədələndiyini də söyləyib.

Öz növbəsində, hüquq-mühafizə orqanları B. Nemtsova qarşı hədələrlə bağlı heç bir müraciətin daxil olmadığını bildiriblər.

Qeyd edək ki, Boris Nemstov fevralın 27-dədə saat 23:40 radələrində paytaxtın mərkəzində Moskvoretsk körpüsünün yaxınlığında qətlə yetirilib. Naməlum şəxslər ağ rəngli avtomobildən Boris Nemstova 7-8 dəfə atəş açıblar. O, hadisə yerində keçinib. Hazırda qatilin və ya qatillərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Rusiya İstintaq Komitəsi Boris Nemtsovun qətlinin törədilmə versiyası kimi “sifariş”in əsas götürüldüyünü bəyan edib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600