Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar” PUA-sı alır

media-hightechnic-468x90

Bosniya və Herseqovina Türkiyədən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatı (PUA) alacaq.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bunu Bosniya və Herseqovinanın müdafiə naziri Zukan Helez deyib.

Nazir bildirib ki, Bosniya və Herseqovinanın Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkətindən 6 ədəd “Bayraktar TB2” pilotsuz uçuş aparatının alınması ilə bağlı razılaşmanı təsdiqləyib.

“Müqavilə üç idarəetmə sisteminin alınmasını da əhatə edir. Hazırda Bosniya və Herseqovina ordusunun iki bölməsi PUA-ların istismarı üçün Türkiyədə təlim keçir”, – deyə Zukan Helez əlavə edib.

PUA-ların ilk partiyasının gələn ilin yanvar ayında Bosniya və Herseqovinaya çatdırılması gözlənilir.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05