Böyük imam da Bakıya gəlir
Misirlə Azərbaycan arasında əlaqələr çox yaxşı səviyyədədir.
Yenicag.az xəbər verir ki, bunu Əl-Əzhəri Şərifin şeyxi, böyük imam Əhməd Məhəmməd Əhməd Əl Tayyib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü zamanı deyib.
O, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam təmin etməsindən məmnunluğunu bildirdi. COP29-a dəvətə görə təşəkkürünü bildirən Əhməd Məhəmməd Əhməd Əl Tayyib bu tədbirdə məmnunluqla iştirak edəcəyini dedi.